Son iki mövsümdə “Şəki” basketbol klubunun uğurlarında mühüm pay sahibi olan sabiq baş məşqçi Bedri Meriç karyerasını Azərbaycan Basketbol Federasiyasında davam etdirəcək.
İdman.Biz xəbər verir ki, mütəxəssis federasiyada yeniyetmə oğlan milli komandaları üzrə koordinator vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Bedri Meriçin rəhbərliyi altında “Şəki” 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalçısı olub.
2025/2026 mövsümündə isə komanda tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
