Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Gürcüstanda keçirilən Gela Darsadze adına beynəlxalq turnirdə mübarizəni davam etdirir.
İdman.Biz xəbər verir ki, komandamız 30 mayda iki oyun keçirib. Millimiz əvvəlcə Gürcüstanın “BC Batumi” komandasına 63:29 hesabı ilə qalib gəlib.
Günün ikinci qarşılaşmasında isə Azərbaycan yığması Qazaxıstanın “Almaty Legion” komandasına 41:53 hesabı ilə məğlub olub.
Bu nəticələrdən sonra U12 millimiz turnirdə üçüncü yer uğrunda oyuna çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirə uğurlu start verərək ilk iki görüşündə Gürcüstanın “Telavi” komandasını 55:21, Estoniyanın “TalTeç” kollektivini isə 47:39 hesabı ilə məğlub edib.
