Azərbaycanın 12 yaşadək basketbolçulardan millisi Kutaisidə Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbələrlə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda ilk oyunda Gürcüstanın “Telavi” komandasını 55:21 hesabı ilə üstələyib.
Milli daha sonra Estoniya təmsilçisi “Tal Teç”i 47:39 hesabı ilə məğlub edib.
Turnirdə “Tal Teç” (Estoniya), “KKS Basket” (Polşa), “Almaty Legion” (Qazaxıstan), “Batumi”, “Telavi” və “Basco 2019” (hamısı Gürcüstan) komandaları iştirak edirlər.
Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.
