Yasamalda ilk meydança açıldı: Basketbol hər yerdə olacaq - FOTO

31 May 2026 11:07
83
Yasamalda ilk meydança açıldı: Basketbol hər yerdə olacaq - FOTO

Bakıda basketbolun inkişafına yönələn “Basketbol hər yerdə!” layihəsinin ilk meydançası istifadəyə verilib.

İdman.Biz xəbər verir ki, layihə Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Sabah BC”nin təşəbbüsü ilə həyata keçirilir.

İlk meydançanın açılışı Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutub. Tədbirdə “Sabah BC” basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak ediblər.

Qeyd edək ki, “Basketbol hər yerdə!” layihəsinin əsas məqsədi basketbolu daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və məhəllələrdə idman infrastrukturunun inkişafına töhfə verməkdir. Layihə çərçivəsində vətəndaşlar uyğun hesab etdikləri ərazilər barədə məlumat təqdim edə bilirlər.

İdman.Biz