“Milan”ın portuqaliyalı cinah oyunçusu Rafael Leao İngiltərə Premyer Liqasına gedə bilər. “Arsenal” və “Mançester Yunayted” 26 yaşlı Portuqaliya millisinin üzvü ilə bağlı sorğular aparıblar.
İdman.Biz bildirir ki, bu barədə insayder Nikolo Şira sosial mediada məlumat verib.
Leao yay transfer pəncərəsində klubdan ayrılmaq niyyətində olduğunu “rossoneri” rəhbərliyinə bildirib və bu, hər iki ingilis klubunun diqqətini cəlb edib. Hazırda “Milan” və potensial alıcılar arasında rəsmi danışıqlar aparılmayıb. Lakin “Arsenal” və “Mançester Yunayted” portuqaliyalı oyunçunun vəziyyətini diqqətlə izləyir.
Leao bu mövsüm “Milan”da 31 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur və “rossoneri” ilə müqaviləsi 2028-ci ilə qədərdir.
