UEFA Çempionlar Liqasının qalibi mövsümün sonunda İngiltərə Premyer Liqasından düşən “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandeşə göz dikib.
İdman.Biz-in Ben Ceykobsa istinadən məlumatına görə, “Mançester Yunayted” və “Arsenal” da oyunçunu əldə etməyi düşünürlər.
Mənbəyə görə, “Vest Hem” 21 yaşlı portuqaliyalı oyunçunu 2025-ci ilin avqustunda “Sauthempton”a ödədiyi 44 milyon avro və 4,5 milyon avrodan ikiqat qiymətə qiymətləndirir. Fernandeşin müqaviləsində düşmə halında sərbəst buraxılma bəndi yoxdur, lakin onun satılacağı gözlənilir.
Jurnalistin sözlərinə görə, “Vest Hem” onun üçün 116 milyon avrodan çox pul almalıdır. Ötən mövsüm Fernandeş bütün yarışlarda 42 matçda beş qol vurub və beş məhsuldar ötürmə edib.
