“Sabah” basketbol klubu Çempionlar Liqasında bir ilkə imza atıb! - YENİLƏNİB + FOTO

8 Aprel 2026 21:50
1 330
“Sabah” basketbol klubu Çempionlar Liqasında bir ilkə imza atıb!

Azərbaycanın gənc basketbolçuları Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

“Sabah”ın U-18 komandası B qrupunun ikinci turunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” klubunu 72:61 hesabı ilə məğlub edib.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

10:17

Bu gün “Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxacaq.

İdman.Biz-in məlumatına görə, Bakı klubu B qrupunda Almaniya təmsilçisi “Porşe BBA Lyudviqsburq”la qarşılaşacaq.

Görüş Bosniya və Herseqovinanın Laktaşi şəhərində yerləşən “SD Laktasi” idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komanda ilk matçında Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

Reqlamentə görə, qrupda birinci yeri tutan komandalar birbaşa yarımfinala yüksələcək. İkinci pillədə qərarlaşan kollektivlər beş-səkkizinci, sonuncu olanlar isə doqquz-on ikinci yerlər uğrunda mübarizə aparacaqlar.

İdman.Biz