Donnarumma İtaliyanın uğursuzluğuna münasibət bildirdi

11 Aprel 2026 10:01
163
Donnarumma İtaliyanın uğursuzluğuna münasibət bildirdi

Cianluici Donnarumma İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı qapıçının fikirlərini İtaliya mətbuatı yayıb.

Qapıçı bildirib ki, bu uğursuzluq bütün italiyalılar üçün çox ağır və ağrılı olub.

Onun sözlərinə görə, ilk günlər baş verənləri qəbul etmək çətin olsa da, komanda irəli baxmağa məcburdur.

Donnarumma vurğulayıb ki, növbəti mundiala hələ dörd il var və bu müddətdə Avropa çempionatı və Millətlər Liqası kimi vacib turnirlər keçiriləcək.

O, həmçinin millidə bonus tələb etməsi ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edib.
Qapıçı qeyd edib ki, komanda yalnız nəticə əldə edəcəyi halda mükafat qazanır və heç kim federasiyadan əlavə ödəniş istəməyib.

Kapitan əlavə edib ki, federasiya rəhbərliyi və məşqçilərlə münasibətləri yaxşı olub, onların istefası isə komanda üçün üzücüdür.

Xatırladaq ki, İtaliya pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq dünya çempionatından kənarda qalıb.

İdman.Biz