Madridin "Real" klubunun məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, məşqçinin açıqlamasını İspaniya KİV-i dərc edib.
Xatırladaq ki, Madrid təmsilçisi ilk oyunda doğma meydanda 1:2 hesabı ilə məğlub olub.
Yarımfinala vəsiqənin taleyi Münhendə keçiriləcək cavab görüşündə müəyyənləşəcək.
“İnsanlar bizim geri dönüşümüzə inanmır? Bu, məni narahat etmir. Buna bizim 25 futbolçumuz inanmalıdır – və onların hamısı həqiqətən də geri dönüş edə biləcəyimizə inanır”, – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, “Real” son olaraq La Liqa çərçivəsində öz meydanında "Jirona" ilə də bacarmayıb(1:1).
