Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” - “Kəpəz”i darmadağın edib - YENİLƏNİB + VİDEO

10 Aprel 2026 17:28
1 355
Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” - “Kəpəz”i darmadağın edib  - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının 27-ci turunda keçirilən “Karvan-Yevlax” - “Kəpəz” qarşılaşması 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesab 38-ci dəqiqədə açılıb.

Rauf Rüstəmli “Karvan-Yevlax”ı önə çıxarıb. Birinci hissənin sonlarında, 45+1-ci dəqiqədə o, dublunu rəsmiləşdirərək fərqi artırıb - 2:0.

İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Fərid Nəbiyev “Kəpəz”in yeganə qoluna imza ataraq hesabı 2:1 edib. Lakin 65-ci dəqiqədə Eltun Turabov “Karvan-Yevlax”ın üçüncü qolunu vuraraq fərqi yenidən iki topa yüksəldib - 3:1.

Matçın sonlarında, 90+4-cü dəqiqədə Rauf Rüstəmli het-trikini tamamlayaraq yekun nəticəni müəyyənləşdirib - 4:1.

17:25

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 90+4-cü dəqiqədə Rauf Rüstəmli het-trikini tamamlayaraq “Karvan-Yevlax”ı hesabda irəli çıxarıb - 4:1.

16:54

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 65-ci dəqiqədə Eltun Turabov “Karvan-Yevlax” klubunu hesabda irəli çıxarıb - 3:1.

16:42

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 48-ci dəqiqədə Fərid Nəbiyev “Kəpəz” klubunu hesabda irəli çıxarıb - 2:1.

16:33

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra “Karvan-Yevlax” klubu 2:0 hesabı ilə irəlidədir.

16:22

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, 45+1-ci dəqiqədən sonra qarşılaşmada “Karvan-Yevlax” irəlidədir - 2:0.

16:20

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 45+1-ci dəqiqədə Rauf Rüstəmli dublunu rəsmiləşdirərək “Karvan-Yevlax”ı hesabda önə çıxarıb - 2:0.

16:16

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 38-ci dəqiqədə Rauf Rüstəmli “Karvan-Yevlax” klubunu hesabda irəli çıxarıb - 1:0.

15:30

Futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun “Karvan-Yevlax” - “Kəpəz” oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Nicat İsmayıllı idarə edir.

14:38

“Karvan-Yevlax” futbol üzrə Misli Premyer Liqasının 27-ci turunda Yevlax şəhər stadionunda “Kəpəz”i qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 15:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 17. Samir Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale DoyeniBaş məşqçi: Füzuli Məmmədov

“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov 9. Luis Paçu 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov

09:14

Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun oyunu “Karvan-Yevlax” “Kəpəz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Nicat İsmayıllı idarə edəcək.

“Karvan-Yevlax” səkkiz xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 21 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası
Dördüncü dövrə, 27-ci tur
10 aprel
15:30. “Karvan-Yevlax” - “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.

İdman.Biz