Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Premyer Liqada çıxış etmək uğrunda pley-off matçının təyinatları açıqlanıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən bildirir ki, həlledici görüşü Tural Qurbanov idarə edəcək. Ona Cəmil Quliyev, Asiman Əzizli və İnqilab Məmmədov kömək edəcəklər.

VAR-da Rəvan Həmzəzadə, köməkçisi isə Teymur Teymurov olacaq.

Mayın 28-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da reallaşacaq “Qəbələ” və “Mingəçevir” arasında qarşılaşma saat 18:30-da başlayacaq.

İdman.Biz