Əvəzedicilər Liqasında sonuncu, 27-ci tur baş tutub.
İdman.Biz xəbər verir ki, mövsümün son oyun günündə 4 qarşılaşma olub.
Lider “Sabah-2” “Araz-Naxçıvan-2”ı 4:0 hesabı ilə məğlub edərək Əvəzedicilər Liqasında çempion olub.
Bununla “Sabah-2” 59 xal toplayaraq turniri birinci yerdə başa vurub.
İkinci yerdə gedən “Qəbələ-2” də son turda qələbə qazanıb. Klub “Qarabağ-2”ni məğlub edib – 2:1. Lakin bu qələbə 58 xal toplamış “Qəbələ-2”yə çempionluq üçün kifayət etməyib.
Son turda “Zirə-2” ilə 1:1 hesablı heç-heçə etmiş “Neftçi-2” 53 xal toplayaraq üçüncü olub.
Turun bu gün baş tutan digər oyununda “Sumqayıt-2” “Turan Tovuz-2”ə məğlub olub – 2:4.
10 komandanın iştirak etdiyi çempionatda “Zirə-2” (50 xal) dördüncü, “Qarabağ-2” (44) beşinci, “Turan-Tovuz-2” (34) altıncı, “Sumqayıt-2” (34) yeddinci, “Kəpəz-2” (20) səkkizinci, “Araz-Naxçıvan-2” (18) doqquzuncu, “Şamaxı-2” (17) isə sonuncu yeri tutub.
“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında da qalib olub. Bundan əlavə, “Sabah” basketbol klubu ardıcıl dördüncü dəfə mövsümü birinci yerdə başa vurub.
