Tərlan Əhmədlinin “Araz-Naxçıvan”dakı taleyi məlum olub

25 May 2026 16:08
147
Tərlan Əhmədlinin “Araz-Naxçıvan”dakı taleyi məlum olub

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Müqavilənin müddəti bir illikdir.

Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan” klubunun heyətində yer alır.

İdman.Biz