Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək ikinci oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” və “Qarabağ” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
“Sumqayıt” 41 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 66 xala malik “Qarabağ” isə ikincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
22 may (cümə)
19.30. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihad Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
M.H. Sumqayıt ş. st.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
