“Mançester Yunayted”in Edersonun transferi üçün ödəyəcəyi məbləğ məlum olub

22 May 2026 09:50
80
“Mançester Yunayted”in Edersonun transferi üçün ödəyəcəyi məbləğ məlum olub

İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Ederson “Mançester Yunayted”ə keçməyə yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Klublar braziliyalı futbolçu ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə ediblər və yaxın vaxtlarda tam razılıq əldə oluna bilər. Tərəflər hələ bonusların strukturunu razılaşdırmalıdırlar. Lakin transferdə iştirak edən bütün tərəflər keçidin baş tutacağına əmindirlər.

Transfer “Qırmızı şeytanlar”a 45 milyon avroya başa gələcək. 26 yaşlı futbolçu İngiltərə nəhəngi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq və illik 5 milyon avro maaş alacaq.

Cari mövsümdə yarımmüdafiəçi “Atalanta”nın heyətində keçirdiyi 41 matçda üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: