Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cu turu çərçivəsində iki oyun keçiriləcək. İlk oyunda Bank Respublika Arenada “Turan Tovuz” “Sabah”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, oyunun start fiti saat 17:00-da çalınacaq.
“Turan Tovuz” hazırda turnir cədvəlində 59 xalla üçüncü pillədə yer alıb. 75 xala malik “Sabah” isə liderdir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
22 may (cümə)
17:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Bank Respublika Arena
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
