Güləş üzrə U-15 Avropa çempionatı davam edir.
İdman.Biz bildirir ki, Azərbaycan güləşçiləri yarımfinal görüşlərinə çıxıblar.
Hüseyn Əmrahlı (38kq) rusiyalı Ervin Sufiyanova tam üstünlüklə 3:1 hesabıyla qalib gələrək finala yüksəlib.
Paşa Aslan (44 kq) gürcüstanlı Luka Saqinadzeyə 5:3 hesabıyla qalib gələrək finala yüksəlib.
Pünhan Şahmarov (48 kq) yarımfinalda rusiyalı Feliks Tuayevə 1:10 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Sadiq Vəlizadə (57 kq) yarımfinalda rusiyalı Raybek Muçurayevə 2:13 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
16:37
U-15 Avropa çempionatında yarımfinala yüksələn güləşçilərimizin adı məlum olub.
İdman.Biz xəbər verir ki, yarış günündə Azərbaycan təmsilçilərindən ümumilikdə dörd idmançı yarımfinala vəsiqə qazanıb.
38 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əmrahlı bolqarıstanlı İvan Aleksandrova tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala yüksəlib.
44 kq çəki dərəcəsində Paşa Aslan serbiyalı Adam Horvatı tam üstünlüklə (9:1) məğlub edərək yarımfinala yüksəlib.
48 kq çəkidə Pünhan Şahmarov türkiyəli Mehmet Dedeoğluna 6:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
57 kq çəkidə isə Sadiq Vəlizadə türkiyəli Yusuf Sariyarı 9:5 hesabı ilə üstələyərək yarımfinala vəsiqə əldə edib.
Digər görüşlərdə 41 kq çəkidə Xudayar Kərimov 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla qarşılaşmada zədələndiyi üçün mübarizəni davam etdirə bilməyib və məğlub olub.
62 kq çəkidə Raul Məmmədzadə isə 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə 1:5 hesabı ilə uduzub.
14:34
U-15 Avropa çempionatında yarımfinala yüksələn ilk Azərbaycan güləşçisinin adı məlum olub.
İdman.Biz xəbər verir ki, 38 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əmrahlı bolqarıstanlı İvan Aleksandrova tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala yüksəlib.
14:08
U-15 Avropa çempionatında Azərbaycan güləşçilərinin uğurlu seriyası davam edir.
İdman.Biz xəbər verir ki, Pünhan Şahmarov (48 kq) belaruslu Nazar Krişnyova 5:3 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Raul Məmmədzadə (62 kq) isə bolqarıstanlı Qriqor Simyonova tam üstünlüklə (9:1) qalib gələrək adını 1/4 finala yazdırıb. Xudayar Kərimov (41 kq) da 1/4 finala yüksələnlərdəndir. O, finlandiyalı Vilyami Kotilaynenə 5:3 hesabıyla qalib gəlib. Paşa Aslan (44 kq) belaruslu Matvey Utlikə tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib. 57 kq çəki dərəcəsində mübarizə aparan Sadiq Vəlizadə böyük britaniyalı Paul Hanlona tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala çıxıb.
13:05
Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan güləşçiləri mübarizəyə qələbə ilə başlayıblar.
İdman.Biz xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizin iki üzvü ilk qarşılaşmalarında rəqiblərini üstələyərək növbəti mərhələyə yüksəlib.
48 kq çəki dərəcəsində çıxış edən Pünhan Şahmarov Macarıstan təmsilçisi V.Olaşa 11:3 hesabı ilə qalib gəlib. Bu nəticə ilə idmançımız 1/8 finala vəsiqə qazanıb.
38 kq-da qüvvəsini sınayan Hüseyn Əmrahlı isə Ermənistan güləşçisi G.Karapetyan üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz rəqibini 9:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
52 kq çəki dərəcəsində çıxış edən Rəsul Əhmədli isə 1/8 finalda türkiyəli Muhammed Ozenə 1:2 hesabıyla məğlub oldu.
Qeyd edək ki, U-15 Avropa çempionatı mayın 24-dək davam edəcək. Yarışda Azərbaycan hər üç güləş növündə təmsil olunur.
