Həftəsonu Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev adına ənənəvi beynəlxalq turnir keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.
Bildirilib ki, yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər. Güləşçilərimizdən Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) uğurlu çıxış edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
Hər iki idmançı turniri bürünc medalla başa vurub.
