Azərbaycan güləşçiləri Avropa çempionatını ikinci pillədə başa vurdu

17 May 2026 23:00
204
Azərbaycan güləşçiləri Avropa çempionatını ikinci pillədə başa vurdu

Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxış ediblər.

İdman.Biz, yığmamız turniri ümumilikdə 15 medalla başa vurub.

Azərbaycan millisinin aktivində 4 qızıl, 4 gümüş və 7 bürünc medal yer alıb.

Bu nəticə sayəsində komandamız ümumi komanda hesabında 156 xalla ikinci yeri tutub.

Çempionatı 163 xalla Rusiya birinci pillədə başa vurub. İlk üçlüyü isə 124 xalla Gürcüstan tamamlayıb.

İdman.Biz