Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 21 xala malik “Kəpəz” isə onuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
15 may (cümə)
19:30. “Araz-Naxçıvan” - “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“SOCAR Polymer Arena”
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.
