Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turunun oyunu “Karvan Yevlax” “Qəbələ” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun qarşılaşmasını Əli Əliyev idarə edəcək.
“Karvan Yevlax” 14 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 21 xala malik “Qəbələ” isə on birincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
15 may (cümə)
17:00. “Karvan Yevlax” - “Qəbələ”
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.
