Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
İdman.Biz bildirir ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 118 xal toplayaraq komanda hesabında Avropa üçüncüsü olub
Medal qazanan güləşçilərimiz:
Əli Cavadlı (45 kq) - qızıl
Ömər Salmanov (48 kq) - gümüş
Qurban Məcnunov (55 kq) - gümüş
Hüseyn Mustafazadə (51 kq) - bürünc
Orxan Həbibli (65 kq) - bürünc
Zöhrab Səfərov (92 kq) - bürünc
20:53
Güləşçimiz Zöhrab Səfərov (92 kq) moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək U17 Avropa çempionatında bürünc medal qazanıb.
19:37
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Əli Cavadlı (45 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatının finalında rusiyalı Umar Boqatıryovla qarşılaşıb.
İdman.Biz bildirir ki, Cavadlı rəqibinə tam üstünlüklə (9:1) qalib gələrək U17 Avropa çempionu olub.
Digər güləşçimiz Hüseyn Mustafazadə (51 kq) gürcüstanlı Davit Şavadzeyə tam üstünlüklə (9:1) qalib gələrək U17 Avropa çempionatında bürünc medal qazanıb.
11:35
Bu gün Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatının final və bürünc medal görüşlərində həlledici qarşılaşmalara çıxacaqlar.
İdman.Biz xəbər verir ki, finalda Əli Cavadlı (45 kq) Rusiya təmsilçisi Umar Bogatyrev ilə üz-üzə gələcək.
Bürünc medal görüşündə isə Zöhrab Səfərov (92 kq) Moldova nümayəndəsi Vladislav Vasylevski, İsraildən Sagi Yaakov Mirel və Estoniyadan Robert Kovalkov arasında keçiriləcək qarşılaşmaların nəticələrinə əsasən mübarizə aparacaq.
Görüşlər Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 17-də başa çatacaq.
