Biləsuvarda 410 idmançının iştirakı ilə güləş turniri keçirilib - FOTO

12 May 2026 13:25
133
Biləsuvarda 410 idmançının iştirakı ilə güləş turniri keçirilib - FOTO

Biləsuvar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı sərbəst güləş yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 2010-2011 və 2013-2014-cü il təvəllüdlü idmançılar arasında təşkil edilən turnirdə 27 komandadan 410 iştirakçı mübarizə aparıb.

İdman.Biz