Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start - YENİLƏNİB + VİDEO

12 May 2026 20:02
906
Avropa çempionatına 2 gümüş, 1 bürünc medalla start

Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının final görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov həlledici qarşılaşmada rusiyalı Artyom Tkaçenko ilə üz-üzə gəlib.

Salmanov finalda rusiyalı Artyom Tkaçenkoya 1:5 hesabıyla məğlub olub və U17 Avropa çempionatında gümüş medal qazanıb.

Qurban Məcnunov da (55 kq) finalda rusiyalı Edem Payziyevə 1:2 hesabıyla məğlub olub və U17 Avropa çempionatında gümüş medal qazanıb.

Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı Oleksandr Venetsə 9:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, millimiz ikinci yarış günündə 2 gümüş və 1 bürünc medal qazanıb.

16:20

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının final görüşlərində mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov həlledici qarşılaşmada rusiyalı Artyom Tkaçenko ilə üz-üzə gələcək.

55 kq-da isə Qurban Məcnunov qızıl medal uğrunda rusiyalı Edem Payziyev ilə mübarizə aparacaq.

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.Biz