Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turu çərçivəsində iki oyun keçiriləcək. İlk oyunda Tovuz şəhər stadionunda “Turan Tovuz” “Karvan-Yevlax”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, oyunun start fiti saat 17:00-da çalınacaq.
“Turan Tovuz” hazırda turnir cədvəlində 56 xalla üçüncü pillədə yer alıb. 14 xala malik “Karvan-Yevlax” isə sonuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
10 may (bazar)
17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu
