Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turu çərçivəsində ikinci qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sabah” “Kəpəz”i qəbul edəcək.
Oyun saat 19:30-də başlayacaq. “Sabah” 75 xalla turnir cədvəlinin lideridir. 24 xala malik “Kəpəz” isə onuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
8 may (cümə)
19:30. “Sabah” - “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, tura mayın 10-da yekun vurulacaq.
