Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunda keçirilən “Karvan-Yevlax” - “Neftçi” oyunu qonaqların inamlı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesab 31-ci dəqiqədə açılıb. İmad Faraj fərqlənərək “Neftçi”ni önə çıxarıb – 0:1. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissəyə daha fəal başlayan Bakı təmsilçisi üstünlüyünü artırıb. 50-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 0:2 edib. Yeddi dəqiqə sonra isə Freddi Varqas fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib – 0:3.
Beləliklə, “Neftçi” səfərdə inamlı qələbə qazanaraq növbəti üç xalını qazanıb.
Bu nəticədən sonra paytaxt klubu xallarının sayını 50-yə çatdırıb və 49 xalı olan “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Üçüncü yerdə qərarlaşan “Turan Tovuz”dan isə altı xal geri qalır. Mövsümün sonuna üç tur qaldığını nəzərə alsaq, "Neftçi"nin üçüncülük uğrunda mübarizə şansı hələ qalır.
“Karvan-Yevlax” isə 14 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb və 10-cu sıradakı “Kəpəz”ə çatmaq şansını itirib. Komanda qalan oyunlarda maksimum nəticə qazansa belə, yalnız “Qəbələ”ni keçmək ehtimalı nəzəri olaraq qalır.
17:16
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 57-ci dəqiqədə Freddi Varqas “Neftçi” klubunu hesabda irəli çıxarıb - 0:3.
17:07
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 50-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”nin hesab fərqini artırıb - 0:2.
17:02
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, ilk hissədən sonra “Neftçi” klubu 0:1 hesabı ilə irəlidədir.
16:47
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, 31-ci dəqiqədən sonra qarşılaşmada “Neftçi” irəlidədir - 0:1
16:32
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 31-ci dəqiqədə İmad Faraj “Neftçi” klubunu hesabda irəli çıxarıb - 0:1.
16:00
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun “Karvan-Yevlax” - “Neftçi” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rauf Cabarov idarə edir.
15:09
“Karvan-Yevlax” Misli Premyer Liqasının 30-cu turunda Yevlax şəhər stadionunda “Neftçi”ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 16:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
09:19
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun oyunu “Karvan-Yevlax”la “Neftçi” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.
“Karvan-Yevlax” 14 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 47 xala malik “Neftçi” isə beşincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” - ”Neftçi”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu
