Azərbaycan Kubokunun final matçının biletləri satışa çıxarılıb

5 May 2026 09:52
162
Azərbaycan Kubokunun final matçının biletləri satışa çıxarılıb

Bizon Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “Sabah” - “Zirə” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından əldə etmək mümkündür. Matçın biletlərinin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 (“VIP Gold”) manatdır.

Qeyd edək ki, oyun mayın 13-də “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.

İdman.Biz
Məqalədə: