Joao Pedro “Çelsi” azarkeşlərindən üzr istəyib - VİDEO

5 May 2026 10:20
156
Joao Pedro “Çelsi” azarkeşlərindən üzr istəyib - VİDEO

İngiltərənin “Çelsi” futbol komandasının hücumçusu Joao Pedro uzun müddət davam edən qolsuzluq seriyasını qırıb. Braziliyalı oyunçu komandasının “Nottingem Forest” ilə görüşündə fərqlənərək “zadəganlar”ın rəqib qapısına yol tapa bilməmək problemini həll edib.

İdman.Biz xəbər verir ki, qola baxmayaraq, London təmsilçisi bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Oyundan sonra məyusluğunu gizlətməyən Joao Pedro azarkeşlərə yaxınlaşaraq məğlubiyyətə görə onlardan üzr istəyib. O, həmçinin formasını tribunadakı fanatlardan birinə hədiyyə edərək onlara dəstəkləri üçün təşəkkürünü bildirib.

Xatırladaq ki, həmin oyunda rəqib komandanın üzvü Morqan Gibbs-Uayt Robert Sançes ilə toqquşma nəticəsində ciddi zədə alıb və ona 10-dan çox tikiş atılıb.

İdman.Biz