“Qarabağ” - “Turan Tovuz” oyunu başa çatıb.
İdman.Biz bildirir ki, görüş 2:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə qurtarıb. Beləliklə, “Qarabağ” 30 oyundan 62 xal toplayaraq Tovuz klubu ilə aralarındakı fərqi 6 xala çatdırıb. Komandalar müvafiq olaraq 2-ci və 3-cü yerdədirlər.
21:06
“Qarabağ” - “Turan Tovuz” oyununda hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, Ayxan Hüseynov 76-cı dəqiqədə Tovuz klubunun qoluna imza atıb.
20:43
“Qarabağ” - “Turan Tovuz” oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, Mateus Silva 54-cü dəqiqədə Ağdam klubunun növbəti qoluna imza atıb.
20:39
“Qarabağ” - “Turan Tovuz” oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, Leandro Andrade 50-ci dəqiqədə Ağdam klubunu irəli çıxarıb.
20:34
“Qarabağ” - “Turan Tovuz” oyununda ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, komandalar ilk hissədə fərqlənə bilməyiblər.
20:19
“Qarabağ” - “Turan Tovuz” oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, komandalar ilk hissədə fərqlənə bilməyiblər.
19:30
Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qarabağ” “Turan Tovuz”u qəbul edir.
İdman.Biz bildirir ki, matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
18:45
“Qarabağ” Misli Premyer Liqasının 30-cu turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
09:22
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun oyunu “Qarabağ”la “Turan Tovuz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.
“Qarabağ” 59 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 56 xala malik “Turan Tovuz” isə üçüncüdür.
Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” - “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
T.Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.
