“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders İtaliya liqasına keçə bilər.
İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, “Yuventus” 27 yaşlı futbolçu ilə maraqlanır.
Mənbənin məlumatına görə, Turin klubu bu yay transferi yekunlaşdırmaq üçün yaxın gələcəkdə danışıqları intensivləşdirməyi planlaşdırır. İcarə müqaviləsi ən çox ehtimal olunan variant hesab olunur, çünki İtaliya komandası oyunçunun qiymətindən narazıdır.
Reynders bu mövsüm 45 oyun keçirib, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun bazar dəyəri təxminən 60 milyon avro qiymətləndirilir.
