“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 35-ci turunda “Everton”la oyunda komandasının xal itirməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, matç 3:3 hesabı ilə qurtarıb.
“Həqiqətən yaxşı oyun oldu. İlk hissədə parlaq oynadıq. Çox yaxşı oynadıq. İkinci hissədə onlar irəlilədilər və bəlkə də o qədər də aqressiv deyildik və təbii ki, sonra qol buraxdıq. Geri qayıtdıqdan sonra onlar həqiqətən ingilis oyunu oynadılar - təkbətək oyunlarda çox aqressiv, çox aqressiv oldualr. Amma ümumilikdə, biz həqiqətən yaxşı oynadıq”, - Qvardiola BBC-yə bildirib.
Bu oyundan sonra “Everton” 48 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu, “Mançester Siti” isə 71 xalla ikinci yerdədir. “Arsenal” 76 xalla turnir cədvəlinə başçılıq edir.
