“Mançester Yunayted”in hücumçusu Mateus Kunya baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında işləmək təəssüratlarını bölüşüb.
“Mən ehtiyat oyunçular skamyasında Kerrikin yanında oturmuşdum. Ətrafındakı hər kəsə öyrətmə tərzi inanılmazdır. Ferqyuson dövründə sahib olduğu sehrə bənzər bir sehrə sahibdir. Bunu bizə ötürür, necə olduğunu bizə danışır. Bu inanılmazdır, əsl zövqdür, o, buna layiqdir (komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına istinad edir - red.).
Bu klubda oynamağım ən böyük imtiyazlardan biridir. “Mançester Yunayted”siz Çempionlar Liqası əvvəlki kimi deyil, bizim klubumuz da onsuz əvvəlki kimi deyil. Amma söhbət yalnız Çempionlar Liqasından getmir; biz titullar uğrunda mübarizə aparmalıyıq. Bu, sadəcə ilk addımdır. Növbəti mövsüm daha güclü ola bilərik”, - Kunya BBC-yə bildirib.
