Jirunun karyerasını hansı şərtlər altında bitirəcəyi məlum olub

5 May 2026 00:20
176
Jirunun karyerasını hansı şərtlər altında bitirəcəyi məlum olub

Jurnalist Aleksis Bernardın X sosial media platformasında verdiyi məlumata görə, “Lill”in hücumçusu Olivye Jiru tezliklə karyerasını bitirə bilər.

İdman.Biz bildirir ki, oyunçunun “Lill” klubu ilə hazırkı müqaviləsi gələn yaya qədərdir. Mənbənin məlumatına görə, fransız ya klubla yeni bir illik müqavilə imzalayacaq, ya da karyerasını bitirəcək.

Jiru bu mövsüm 43 oyunda 11 qol vurub və bir məhsuldar ötürmə edib. O, əvvəllər “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan”, “Los-Anceles” və digər klublarda oynayıb. O, Fransa millisi ilə Dünya Kubokunu qazanıb.

İdman.Biz