37 yaşlı UFC Şöhrət Zalı üzvü və keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədov, 41 yaşlı braziliyalı müdafiəçi “Porto”nun oyunçusu Tiaqo Silva ilə birlikdə İngiltərə Premyer Liqasının “Çelsi” və “Nottingem Forest” komandaları arasında keçirilən oyunu izləyiblər.
İdman.Biz bildirir ki, matç bu gün, 4 may tarixində, İngiltərənin London şəhərindəki “Stemford Bridc” stadionunda baş tutub.

Oyun 3:1 hesabı ilə Nottingem komandasının xeyrinə başa çatıb.
“Qartal”ın son döyüşü 24 oktyabr 2020-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhəri yaxınlığındakı Yas adasında keçirilən UFC 254 turnirində baş tutub. Onun rəqibi müvəqqəti UFC yüngül çəki çempionu Castin Qetji idi. Döyüş rusiyalı idmançının ikinci raundda boğucu üsulla qələbəsi ilə başa çatıb. Bu, Nurməhəmmədovun karyerasındakı 29-cu qələbəsi idi. Döyüşdən sonra Həbib qarışıq döyüş sənətlərindən ayrıldığını elan edib.
