“Mançester Siti” “Everton”la oyunda xal itirib - YENİLƏNİB + VİDEO

5 May 2026 01:07
1 262
“Mançester Siti” “Everton”la oyunda xal itirib

İngiltərə Premyer Liqasının 35-ci turunda “Everton” və “Mançester Siti” arasında oyun baş tutub.

Matç 3:3 hesabı ilə bitib.

43-cü dəqiqədə Jeremy Doku hesabı açaraq “Siti”ni irəli çıxarıb. 68-ci dəqiqədə Tierno Barri cavab qolunu vurub. 73-cü dəqiqədə Jake O'Brayan “Everton”u irəli çıxarıb. 81-ci dəqiqədə Barri ikinci qolunu vurub. 83-cü dəqiqədə Erlinq Holand “Siti”nin ikinci qolunu vurub. Doku 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Everton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla 10-cu, “Mançester Siti” isə 71 xalla ikinci yerdədir.

20:12

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 35-ci turunun “Çelsi” və “Nottinqem Forest” komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar Londondakı “Stemford Bridc” stadionunda oynayıblar. Qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

İkinci dəqiqədə hücumçu Taivo Avoniyi “Nottingem Forest” komandasını irəli çıxarıb. 15-ci dəqiqədə hücumçu İqor Jezus penaltidən dəqiq zərbə endirib - 0:2. 45-ci dəqiqədə “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer penaltidən yararlana bilməyib. 52-ci dəqiqədə Avoniyi ikinci qolunu vurub. “Çelsi”nin hücumçusu Joao Pedronun 73-cü dəqiqədə vurduğu qol VAR-ın yoxlamasından sonra sayılmayıb. Pedro 90-cı dəqiqədə bir qolun əvəzini çıxıb.

“Çelsi” İngiltərə Premyer Liqasında doqquzuncu yerə düşüb. Londonluların 35 oyundan 48 xalı var. 42 xalla “Nottingem Forest” Premyer Liqada 16-cı yerdədir.

İdman.Biz