“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro hesab edir ki, “Santos”un hücumçusu Neymar DÇ-2026-da “selesao” üçün dəyərli bir aktiv olacaq.
İdman.Biz bildirir ki, 2026-cı il dünya çempionatında Braziliya C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə oynayacaq.
“Neymarın heç kimə sübut edəcək bir şeyi yoxdur. Əgər o, ən yaxşı formadadırsa, [Dünya çempionatında iştirakı ilə bağlı] heç bir müzakirə olmamalıdır. Neymar orada oynamalıdır; o, Braziliya millisinin ulduzudur”, - deyə ESPN Kazemironun sözlərini sitat gətirib.
Bu mövsüm 11 matçda Neymar dörd qol vurub və üç məhsuldar ötürmə edib.
