“Çelsi”nin 18 yaşlı debütantı Cessi Derri İngiltərə Premyer Liqasında “Nottinqem Forest”ə qarşı oyunda zədələnib.
İdman.Biz bildirir ki, oyun 3:1 hesabı ilə “Nottingem Forest”in xeyrinə qurtarıb.
Hadisə ilk hissəyə artırılmış vaxtda baş verib. Derri rəqiblə toqquşub yerə yıxılıb. Oyunçuya oksigen maskası lazım olub. Hücumçu Liam Delap zədəli oyunçunu 45+10-ce dəqiqədə əvəz edib.
“Nottingem Forest”lə oyun “Çelsi”nin baş məşqçi Liam Roseniorun qovulmasından sonra ilk oyunu olub. Komandaya hazırda ingilis Kalum Makfarleyn rəhbərlik edir.
