“Çelsi” İngiltərə Premyer Liqasında ardıcıl altıncı məğlubiyyətini alıb

4 May 2026 21:14
117
“Çelsi” İngiltərə Premyer Liqasında ardıcıl altıncı məğlubiyyətini alıb

“Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda “Nottinqem Forest”ə 3:1 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, bu, “göylər”in İngiltərə çempionatında ardıcıl altıncı məğlubiyyətidir.

“Çelsi”nin bu seriyası 30-cu turda “Nyukasl Yunayted”ə 1:0 hesablı məğlubiyyətlə başlayıb. O vaxtdan bəri londonlular “Everton”a (3:0), "Mançester Siti"yə (3-0), “Mançester Yunayted”ə (1:0), “Brayton ənd Houv Albion”a (3:0) və “Nottingem Forest”ə məğlub olublar.

Cari Premyer Liqa mövsümünün son oyunlarında “göylər” mayın 9-da səfərdə “Liverpul”, mayın 19-da “Tottenhem Hotspur” və mayın 24-də səfərdə “Sanderlend”lə qarşılaşacaqlar.

“Çelsi” hazırda 48 xalla Premyer Liqa turnir cədvəlində doqquzuncu yerdədir.

İdman.Biz