İsveçrəli məşqçi Fabio Çelestini Moskvanın ÇSKA klubu ilə müqaviləsini ləğv etdikdən sonra İspaniyanın “Xetafe” klubunda baş məşqçi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
İdman.Biz bu barədə İspaniyanın “Marca” nəşrinə istinadən məlumat verir.
Bu gün, 4 may tarixində, ÇSKA və Çelestini qarşılıqlı olaraq tərəfdaşlıqlarına son qoymaq barədə razılığa gəliblər.
Mənbənin məlumatına görə, “Xetafe”nin hazırkı məşqçisi Xose Bordalas klubla iyunun sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. Buna görə də, əvvəllər 2005-ci ildən 2010-cu ilə qədər “Xetafe”də oynamış Çelestini boş qalan vəzifəyə əsas namizəddir.
“Xetafe” hazırda İspaniya La Liqasının turnir cədvəlində 34 oyundan sonra 44 xalla yeddinci yerdədir.
