“Barselona”nın cinah oyunçusu Rafinya bir neçə Səudiyyə Ərəbistanı komandasının marağına baxmayaraq, klubda qalmaq istədiyini bildirib.
İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, braziliyalı həm oyunçuların, həm məşqçi heyətinin, həm də azarkeşlərin dəstəyini hiss etdiyi üçün digər klubların təkliflərini nəzərdən keçirmir.
Klub Rafinyanın qalmaq niyyətindən xəbərdardır və hazırda vəziyyəti daha ətraflı qiymətləndirmək üçün oyunçuya təkliflər gözləyir. Lakin “blauqrana”nın transfer gəliri əldə etmək istəyinə baxmayaraq, cinah oyunçusu satışı prioritet olan oyunçular arasında deyil.
Bu mövsüm Rafinya bütün yarışlarda 31 oyunda 19 qol vurub və səkkiz məhsuldar ötürmə edib. Transfermarkt braziliyalı oyunçunu 80 milyon avro dəyərində qiymətləndirir.
