“Bavariya” yeni forması ilə meydana çıxır: İlk sınaq PSJ-yə qarşı - FOTO

4 May 2026 15:39
122
“Bavariya” yeni forması ilə meydana çıxır: İlk sınaq PSJ-yə qarşı - FOTO

Münxenin "Bavariya" klubu 2026/27 mövsümü üçün yeni ev formasını təqdim edib.

İdman.Biz xəbər verir ki, "Adidas" tərəfindən hazırlanan forma ənənəvi qırmızı rəng çalarlarında dizayn olunub. Formada incə şaquli zolaqlar, ağ rəngli detallar və yaxalıq hissəsində qızılı işləmələrə yer verilib.

Münxen təmsilçisi yeni forma ilə ilk dəfə 6 may tarixində UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda PSJ klubuna qarşı meydana çıxacaq.

İdman.Biz
Məqalədə: