“Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Meksika çempionatında növbəti dəfə fərqlənib.
İdman.Biz xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu 17-ci turun “CF Amerika” ilə səfər oyununda (3:3) komandasının ilk qoluna imza atıb.
Bu, O.Juninyonun Meksika çempionatında 18 matçda vurduğu səkkizinci qol olub.
Qeyd edək ki, bu qələbədən sonra “Pumas” “Guadalajara” ilə birgə 36 xalla şərikli liderdir.
