“Sevilya” “Real Sosyedad”ı məğlub edərək düşmə zonasından çıxıb

5 May 2026 01:25
162
“Sevilya” “Real Sosyedad”ı məğlub edərək düşmə zonasından çıxıb

İspaniya La Liqasının 34-cü turunun “Sevilya” və “Real Sosyedad” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.biz bildirir ki, oyun “Ramón Sánchez Pizjuán” stadionunda (Sevilya, İspaniya) baş tutub.

Ev sahibi komanda 1:0 hesablı qələbəsini qeyd edib.

“Sevilya”nın hücumçusu Aleksis Sançes matçın yeganə qolunu 50-ci dəqiqədə vurub.

İspaniya liqasında 34 oyundan sonra “Real Sosyedad”ın aktivində 43 xal var və turnir cədvəlində doqquzuncu yerdədir. “Sevilya” isə 37 xalla 17-ci yerdədir.

İdman.Biz