Gibbs-Uayt qapıçı ilə toqquşmadan sonra üzündəki böyük çapığı göstərib - FOTO

5 May 2026 06:17
319
Gibbs-Uayt qapıçı ilə toqquşmadan sonra üzündəki böyük çapığı göstərib

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt İngiltərə Premyer Liqasının 35-ci turunda “Çelsi” ilə oyunda londonluların qapıçısı Robert Sançeslə ağır toqquşmadan sonra üzündə əmələ gəlmiş çapığı göstərib.

İdman.Biz bildirir ki, matç 3:1 hesabı ilə “Nottingem”in xeyrinə qurtarıb.

Xatırladaq ki, matçın 66-cı dəqiqəsində “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “göylər”in qapıçısı Robert Sançeslə toqquşub. Hadisədən sonra həm ispan, həm də ingilis əvəzlənib.

İdman.Biz