Türkiyənin “Qalatasaray” futbol komandası “Beşiktaş”la derbi öncəsi nigeriyalı hücumçu Viktor Osimheni sıraya qaytarmaq üçün səylərini artırıb.
İdman.Biz xəbər verir ki, dizindən əməliyyat olunan və bir müddətdir komandadan ayrı qalan futbolçunun noyabrın 30-da keçiriləcək qarşılaşmada iştirakı hələ də sual altındadır.
Osimhen derbidə oynamaq istəsə də, hələ meydanda məşqlərə başlamaması onun qayıdışını riskli edir. Növbəti 48 saat ərzində futbolçu müxtəlif tibbi testlərdən keçəcək və orqanizminin fiziki yüklənməyə reaksiyası diqqətlə izləniləcək.
Nigeriyalı hücumçunun derbidə iştirakına tibbi heyətin yekun rəyi əsasında qərar veriləcək.
“Qalatasaray”ın məşqçilər korpusu Osimhenin start heyətində olmasa belə, ən azı ehtiyat oyunçular skamyasında yer almasına çalışır. Beləliklə, qarşılaşmanın gedişindən asılı olaraq hücumçunun meydana çıxması mümkün ola bilər.
Qeyd edək ki, istanbullular bir günlük istirahətdən sonra bu gün derbi hazırlıqlarını bərpa edəcəklər.
