Mourinyo klubdakı çətinliklərə baxmayaraq, “Reala rəhbərlik etməyə hazırdır

8 May 2026 07:12
307
Mourinyo klubdakı çətinliklərə baxmayaraq, “Reala rəhbərlik etməyə hazırdır

“Real Madrid”in keçmiş baş məşqçisi Joze Mourinyo “Los Blancos”un çətinliklərinə baxmayaraq, “kral klubu”na qayıtmağa hazırdır.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.

Mənbənin məlumatına görə, Madrid komandasında birliyə hər zamankindən daha çox ehtiyac duyduqlarına dair inam artır. “Real Madrid” Mourinyonu bu birliyi bərpa edə biləcək şəxs kimi görür.

Daha əvvəl bir neçə media orqanı dünən keçirilən məşqdən sonra komandanın soyunma otağında yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuameni arasında dava düşdüyünü bildirmişdi. Dava nəticəsində uruqvaylı oyunçu yerə yıxılıb və başı masaya dəyib. Valverde xəsarət alıb və xəstəxanaya aparılıb.

Portuqaliyalı məşqçi 2010-cu ildən 2013-cü ilə qədər İspaniya nəhəngini çalışdırıb. O, hazırda “Benfika”nı çalışdırır.

İdman.Biz