“Liverpul” etirazlardan sonra bilet qiymətlərini artırmaqdan imtina edib

8 May 2026 06:14
265
“Liverpul” etirazlardan sonra bilet qiymətlərini artırmaqdan imtina edib

“Liverpul” qarşıdakı illərdə ev oyunları üçün bilet qiymətlərini artırmaq planında dəyişiklik etdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub daha əvvəl gələn mövsümdən etibarən bilet qiymətlərini 3% artırmaq, 2027/28 və 2028/29 mövsümləri üçün isə inflyasiya ilə əlaqəli əlavə artımlar planlaşdırdığını açıqlamışdı. Bu qərar “Liverpul” azarkeşlərinin etirazlarına səbəb olmuşdu.

“Liverpul” planlarında dəyişiklik etdiyini açıqlayıb: planlaşdırıldığı kimi, qiymətlər 2026/27 mövsümü üçün 3% artırılacaq, lakin 2027/28 mövsümü üçün qiymətlər dondurulacaq. Əlavə planlar “Liverpul” Azarkeşlər Şurası ilə müzakirə olunacaq

İdman.Biz