Avropanın hər üç əsas klub titulu İngiltərəyə gedə bilər

8 May 2026 01:37
116
Avropanın hər üç əsas klub titulu İngiltərəyə gedə bilər

Avropanın futbol üzrə üç əsas klub turnirinin finalçıları məlum olub.

İdman.Biz bildirir ki, İngiltərə klubları hər üç finala adlarını yazdırmağı bacarıblar.

Belə ki, UEFA Çempionlar Liqasının finalında “Arsenal” PSJ ilə qüvvəsini sınayacaq.

UEFA Avropa Liqasının finalında “Aston Villa” “Frayburq”la qarşılaşacaq.

Nəhayət UEFA Konfrans Liqasında “Kristal Palas” “Rayo Valyekano” ilə üz-üzə gələcək.

Beləliklə, ingilis klublarının hər üç titulu əldə etmək şansları var.

İdman.Biz