Valverde kəllə-beyin travması alıb - RƏSMİ AÇIQLAMA

8 May 2026 03:17
291
Valverde kəllə-beyin travması alıb - RƏSMİ AÇIQLAMA

“Real Madrid” rəsmi saytında yarımmüdafiəçi Federiko Valverdenin səhhəti ilə bağlı açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, media orqanları daha əvvəl uruqvaylı oyunçunun bu səhər komandanın soyunma otağında komanda yoldaşı Orelyen Tçuameni ilə dava etdikdən sonra xəstəxanaya aparıldığını bildirmişdi.

“Bu gün aparılan tibbi müayinələrdən sonra oyunçumuz Fede Valverdeyə kəllə-beyin travması diaqnozu qoyulub.
Valverde evdədir və vəziyyəti yaxşıdır və bu diaqnoz üçün tibbi protokollarda göstərildiyi kimi 10-14 gün istirahət etməlidir”, - deyə “Los Blancos”un açıqlamasında bildirilir.

Valverde mayın 10-da “Barselona” ilə La Liqanın 35-ci tur matçını buraxacaq.

İdman.Biz